Rəsulzadənin nəslindən olan alim vəfat etdi
Səfirlik adından mərhumənin məzarı önünə əklil qoyulub.
Mərasimdə bildirilib ki, Gülnarə Rəsulzadə atası Mirzə David Rəsulzadənin yolunu uğurla davam etdirib. AXC dövründə Azərbaycanda məsul vəzifə tutan M.D.Rəsulzadə Tbilisidə “Gürcüstan” qəzetinin təsisçisi və redaktoru olub. O, 1937-ci ildə repressiyaya məruz qalıb. Gülnarə Rəsulzadə Tbilisidə yaşamasına baxmayaraq daim Azərbaycan naminə çalışıb. O, Gürcüstanda Azərbaycan mədəniyyətinin, elminin, tarixinin təbliği istiqamətində xeyli işlər görüb. (Azərtac)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


