Saxta pul kəsən dəstə tutuldu
Dəstə üzvləri sonuncu dəfə külli miqdarda saxta manatın satışını həyata keçirən zamanı xüsusi əməliyyat nəticəsində cinayət başında yaxalanıblar.
Saxlanılan şəxslərin üzərindən və Bakı şəhərində kirayə qaldıqları mənzildən külli miqdarda - 10 min manatdan artıq saxta pul əsginasları, onların hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar və digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Ekspert rəyi ilə müəyyən edilib ki, pul əsginaslarının müdafiə texnikası saxlanılan şəxslər tərəfindən ustalıqla saxtalaşdırılıb.
Dəstə üzvləri bildiriblər ki, saxta pul əsginaslarını paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırlayıblar. Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb.







Vaxtında, Aydın, Lazımlı!


