“Nizami” metrosunu niyə su basıb?

“Nizami” metrosunu niyə su basıb?
  04 Fevral 2016    Oxunub:2530
“Metronun “Nizami” metrosu yaxınlığında zədələnən kanalizasiya xətti deyil, metroda toplanan qrunt sularını kənarlaşdırmaq üçün çəkilən 200 mm qrunt suları xəttidir”.
AzVision.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.

Qurum rəsmisi bildirib ki, B.Məcidov küçəsində aparılan yenidənqurma işləri zamanı xətdə qəza baş verib: “Yasamal Sukanal İdarəsi tərəfindən qəza aradan qaldırılıb. Qəza nəticəsində ətrafa axan sular isə qrunt suları olub”.

AzVision.az


Teqlər:  






Xəbər lenti