Məhkəmə ANS-in şikayətini təmin etdi

Məhkəmə ANS-in şikayətini təmin etdi
  08 Fevral 2016    Oxunub:1851
Bakı Apellyasiya Məhkəməsində ANS müstəqil Yayım Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb.
Məhkəmənin şikayət üzrə qəbul etdiyi qərara əsasən, iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb. Bununla da Səbail Rayon Məhkəməsinin qərarı ləğv edilib.

Qeyd edək ki, MTRŞ ANS-in inzibati qaydada məsuliyyətə cəlb olunması, yəni cərimə olunması barədə qərar qəbul edib. ANS həmin qərardan Səbail rayon Məhkəməsinə şikayət edib. Məhkəmə şikayəti təmin etmədiyindən şirkət apellyasiya şikayəti verib.

AzVision.az


Teqlər:






Xəbər lenti