Sabah 18 dərəcə şaxta olacaq
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2 şaxta, gündüz 4-8 dərəcə isti, Bakıda gecə 0-2 şaxta, gündüz 5-7 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında fevralın 9-da bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qar, qar yağacağı ehtimalı var. Gündüz hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


