Prezident Gəncəyə 12 milyon ayırdı
AzVision.az xəbər verir ki, sərəncamla Zazalı - “İmamzadə” kompleksi - Gəncə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 12 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


