Tələbə qız niyə intihar edib? - Rəsmi açıqlama

Tələbə qız niyə intihar edib? - Rəsmi açıqlama
  12 Fevral 2016    Oxunub:5235
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin I kurs tələbəsi Qasımova Rumiyyə Elşən qızının intiharı ilə bağlı hazırda istintaq aparılır.
Bu barədə AzVision.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlik tələbə R.Qasımovanın imtahanlardan pula görə kəsilməsi və bundan təsirlənərək intihar etməsi ilə bağlı iddialara cavab olaraq bildirib ki, istintaq komissiyasının qərarından asılı olaraq Təhsil Nazirliyi tərəfindən həmin məsələ ilə əlaqədar müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini Rumiyyə Qasımovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yanvarın 10-da dəniz sahilində tapılıb.

Tələbənin atasının bildirdiyinə görə, R.Qasımova pula görə imtahanlardan kəsildiyi üçün canına qəsd edib.

Gültəkin Ələsgər


Teqlər:  






Xəbər lenti