Metroda problem- sərnişinlər təxliyə edildi

Metroda problem- sərnişinlər təxliyə edildi
  15 Fevral 2016    Oxunub:2298
Bu gün səhər saatlarında Bakı metrosunun Dərnəgül - Həzi-Aslanov xətti ilə hərəkət edən qatarlardan birində nasazlıq yaranıb.
AzVision.az xəbər verir ki, “Dərnəgül”-“Həzi Aslanov” istiqamətində hərəkət edən qatarda yaranan nasazlıq səbəbindən sərnişinlər “20 Yanvar” stansiyasında boşaldılıb, qatar depoya göndərilib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, qatarda baş verən nasazlıqla bağlı təxminən 20 dəqiqəlik gecikmə müşahidə olunub.

“Hazırda nasazlıq aradan qaldırılıb. Elə bir ciddi problem yoxdur. İnterval bərpa olunub”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti