Hərbiçilərimiz beynəlxalq tədbirdə

Hərbiçilərimiz beynəlxalq tədbirdə
  15 Fevral 2016    Oxunub:1590
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, fevralın 15-dən 17-dək Surix şəhərində (İsveçrə) hərbi əməkdaşlıq konfransı, fevralın 15-dən 19-dək Ankara şəhərində (Türkiyə) terrorçuluğa qarşı mübarizə və Oberammerqau şəhərində (Almaniya) döyüş hazırlığı qiymətləndirmə kursları keçirilir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.


Teqlər:






Xəbər lenti