Rövnəq Abdullayev də `NAZ-Lifan` alır

Rövnəq Abdullayev də `NAZ-Lifan` alır
  15 Fevral 2016    Oxunub:4913
Naxçıvan Avtomobil Zavodunun (NAZ) nümayəndə heyəti fevral ayının 15-16-da Çinə səfərə edəcək.
AzVision.az xəbər verir ki, bu haqda Modern.az saytına zavodun direktoru Musa Abdullayev məlumat verib. O qeyd edib ki, Azərbaycanı təmsil edəcək 10 nəfərlik nümayəndə heyətinin tərkibinə zavod rəsmiləri, ayrı-ayrı mütəxəssislər daxil edilib:

“Səfərdə məqsəd qiymət siyasətinə yenidən baxılması, servis mərkəzlərinin yaradılması, ehtiyat hissələrinin keyfiyyət məsələsi, eyni zamanda, lazımi hissələrlə vaxtlı-vaxtında təminatdır. Bu baxımdan geniş, əhatəli görüş gözlənilir”.

M.Abdullayev deyib ki, dövlət qurumları, ayrı-ayrı şirkətlər tərəfindən “NAZ-Lifan” avtomobillərinin alınması üçün sifarişlər daxil olmaqdadır:

“ Gəncə Avtomobil Zavodu, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti və “Azpetrol”dan sonra, Dövlət Neft Şirkəti, “Cahan Holding” tərəfindən də avtomobillərimiz alınıb. Sifarişlər çoxdur, yaxın vaxtlarda icrasına başlayacağıq”.


Teqlər:





Xəbər lenti