` Həmin şəxs dölü zibilliyə tullayıb` - Səhiyyə Nazirliyi
“Heç bir doğum evində embirionlar zibilliyə atılmır. Hər bir doğum evinin klimotoriyaları var və embirionlar orada məhv edilir. Necə olur ki, bu vaxta kimi heç bir döl zibilliyə atılmırdı, indi iki döl çölə atılıb? Qaydalara əsasən, “B” sinfinə aid tibbi bioloji tullantılar (abort və düşük nəticələri) xüsusi ərazilərdə dəfn olunmalı və ya xəstəxanalardakı mini-krematorilərdə yandırılma yolu ilə məhv edilməlidir”
Nazirlik rəsmisi qeyd edib ki, döllərin kim tərəfindən, necə küçəyə atılması ilə bağlı nazirliyə müraciət daxil olmayıb: “Ola bilər ki, hamiləliyin ilikin mərhələsində düşük olub və həmin şəxs dölü zibilliyə tullayıb”-deyə S.Əhmədova bildirib.
Qeyd edək ki, bu gün Bakının Nəsimi rayonunda Azadlıq prospektilə Həsən Əliyev küçəsinin kəsişməsində 2 uşaq rüşeymi tapılıb. Embrionlar yolun hərəkət hissəsində zibil qutusunun yanında aşkar edilib.
10-15 santimetrlik rüşeymlər hamiləliyin təxminən 2-3 aylıq olduğunu göstərir.
Gültəkin Ələsgər
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


