Qızıl `qızıl`a dönüb... REPORTAJ (Video)

Qızıl `qızıl`a dönüb... REPORTAJ (Video)
  15 Fevral 2016    Oxunub:6649
Azərbaycanda dolların manata nisbətən bahalaşması qızıl bazarından da təsirsiz ötüşməyib.
Çünki qızıl xaricdən dollarla alınır, ölkədə manatla satılır. Bu da nisbətən bahalaşmaya səbəb olub. Elə satıcılar da qzılın bahalaşmasını bununla əlaqələndirirlər. Müsahibim Qoşqar Səfərov bildirir ki, əvvəllər 583 əyarlı qızılın satış qiyməti 27-28 manat arasında dəyişib.

Ancaq indi alışı 31-32 manat təşkil edir. Satış qiymətləri isə daha yüksəkdir. 750 əyarlı İtalyan qızılı kimi tanınan zinət əşyalarının alışı hər qram üzrə 40 manatdırsa, satışı 60-80 manat arasında dəyişir. Piştaxtalarda göz oxşayan bəzək əşyaları indi alıcı sarıdan korluq çəkir. Alıcılar isə qiymətlərin baha olmasını onların büdcələrinə uyğun gəlməməsi ilə izah edirlər. İqtisadçılar isə hesab edir ki, qızıla tələbin azalması müşahidə edilir. Ancaq buna baxmayaraq ölkədə qızılın qiymətinda artımlar var. Bu da dolların manata nisbətən möhkəmlənməsində yaranan fərqlə bağlıdır.

Ekspertlər hazırkı dönəmdə qızıla investisiya yatırılmasını məqbul saymır. Səbəb isə... Ölkəyə qızıl əsasən İtaliya, BƏƏ, Rusiya və Türkiyədən gətirilir. Bu zaman qızılın maya dəyəri ilə yanaşı, gömrük rüsumları da ödənilir. Bu da qiymətli metalın dəyərinin yüksək olmasını şərtləndirir.



AzVision.az


Teqlər:






Xəbər lenti