NATO Bakıdan Rusiyaya Mesaj göndərdi
`Baş katib Türkiyə və Rusiyanı vəziyyəti gərginləşdirməməyə və məsələni həll etməyə çağırıb və bütün alyans üzvləri risklərin qarşısını almaq və şəffaflıq üçün irəliləyiş əldə etmək fikrinə sadiqdirlər. Orada hərbi aktivlik var. Rusiya bunların böyük əksəriyyətinə görə məsuliyyət daşıyır. Baş katib dəfələrlə şəffaflığı artırmaq və riskləri azaltmaq üçün istənilən növ danışıqlara hazır olduğunu bildirib. Bu günə kimə irəliləyiş görməmişik`.
Avropalı diplomat əlavə edib ki, Alyans tərəflər arasında müzakirələri görmək istərdi: "Müzakirələr şəffaflığı artırmaq və hərbi insident və eskalasiyadan çəkinmək üçün lazımdır. Bu baxımdan hələ heç bir tərəqqi yoxdur, lakin Alyans buna təkid etməyə davam edəcək".
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


