Sahibkarlarla görüşdə gərginlik yaşanıb? - Açıqlama

Sahibkarlarla görüşdə gərginlik yaşanıb? - Açıqlama
  16 Fevral 2016    Oxunub:2458
Fövqəladə Hallar Nazirliyi nazir Kəmaləddin Heydərovun fevralın 16-da inşaat sektorunda çalışan sahibkarlarla keçirdiyi görüş zamanı gərginkik yaranması barədə məlumatı təkzib edib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində fövqəladə hallar naziri Kəmaləddin Heydərovun fevralın 16-da ölkənin inşaat sektorunda çalışan sahibkarlarla keçirdiyi görüş zamanı yanlış olaraq sahibkarlar tərəfindən qaldırılan məsələlər ətrafında gərginlik yaşandığı, nazirliyin vəzifəli əməkdaşları barədə tənqidi fikirlər səsləndiyi qeyd olunur.

"Fövqəladə Hallar Nazirliyi bəyan edir ki, ölkə Prezidentinin tapşırığına uyğun olaraq bu gün nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində inşaat sektorunda çalışan sahibkarlarla keçirilən görüş zamanı heç bir gərginlik yaşanmayıb və ya hansısa vəzifəli şəxs barədə tənqidi fikir səslənməyib. Görüş qarşılıqlı diskusiya, sual-cavab və müzakirə formatında keçirilib.

Bununla bağlı bir daha KİV-i diqqətli olmağa, auditoriya qazanmaq məqsədilə yanlış, böhtan xarakterli məlumatlar yaymamağa və yaranan hər hansı sualla bağlı nazirliyin mətbuat xidməti ilə əlaqə yaratmağa çağırırıq", - deyə məlumatda bildirilir.

AzVision.az


Teqlər:  






Xəbər lenti