Miqrasiya Xidmətində Apellyasiya Şurası yaradılıb

Miqrasiya Xidmətində Apellyasiya Şurası yaradılıb
  17 Fevral 2016    Oxunub:1564
“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanının icrasını təmin etmək məqsədilə, Dövlət Miqrasiya Xidməti rəisinin əmri ilə Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq olunub.
Dövlət Miqrasiya Xidmətindən AzVision.az-a bildiriblər ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmasında şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Apellyasiya Şurasının sədri vəzifəsinə Xidmət rəisinin müavini Pərviz Musayev təyin edilib. Şura Katibliyinin rəhbəri və tərkibi də təsdiq edilib. Yeddi nəfərdən ibarət olan Apellyasiya Şurasının tərkibinə Xidmətin struktur bölmələrinin məsul vəzifəli əməkdaşları daxildir.

Apellyasiya Şurasının ilk iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb. Həmçinin Şuranın fəaliyyətinin effektiv qurulması, sahibkarların müraciətlərinə baxılması işində səmərəliliyin təmin edilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə edilib.

AzVision.az


Teqlər:  






Xəbər lenti