Azərbaycanda uşaq televiziyası niyə açılmır?
MTRŞ rəsmisi bildirib ki, ölkə başçısı tərəfindən təsdiq olunmuş Dövlət Proqramında uşaq televiziyasının yaradılması ilə bağlı imkanların araşdırılması Şuraya tapşırılıb.
Aparat rəhbərinin sözlərinə görə, bununla bağlı Şura araşdırma aparıb və müvafiq qərar qəbul olunub: “Televiziyalarda uşaq verilişlərinin səviyyəsi yüksəldilsə, uşaq televiziyasında kadr potensialına xidmət edəcək. Əgər yüksək keyfiyyətli uşaq verilişləri olacaqsa, bundan sonra ayrıca uşaq televiziyasının açılmasından danışmaq olar”.
Hazırda televiziyalarda yayımlanan uşaq verilişlərinin keyfiyyətinin yüksəldilməli olduğunu deyən T.Məmmədov onu da bildirib ki, bu məqsədlə MTRŞ tərəfindən telekanallara müvafiq tövsiyyələr verilib.
Qeyd edək ki, hazırda Xaçmazda yayımlanan “Günəş” telekanalı uşaq televiziyası kimi fəaliyyət göstərir.
Gültəkin Ələsgər
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


