Bakıda dollar əməliyyatı - 1,5 milyon pul götürüldü
Qeyd olunan ünvanda aparılmış axtarış zamanı qanunsuz valyuta mübadiləsində istifadə üçün nəzərdə tutulmuş cəmi 349 104 (üç yüz qırx doqquz min yüz dörd) manat, 537 026 (beş yüz otuz yeddi min iyirmi altı) ABŞ dolları, 313 695 (üç yüz on üç min altı yüz doxsan beş) avro, 26.440 (iyirmi altı min dörd yüz qırx) ingilis funt-sterlinqi olmaqla ümumilikdə 19 ölkəyə məxsus və təqribən 1,5 milyon Azərbaycan manatı dəyərində milli və xarici valyutada pul vəsaitləri, habelə istintaq üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar aşkar edilərək götürülüb.
Qeyd olunan şəxslər tərəfindən valyuta tənzimlənməsi sahəsində mövcud qanunvericiliyin tələblərinin pozularaq külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarınına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddəsi ilə cinayət işi başlanmış və qeyd olunan maddə ilə ittiham elan olunmaqla V.Məmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, F.Rüstəmovun barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Hazırda cinayət hadisəsinin tam və hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


