Məleykə Abbaszadəyə sualınız var?

Məleykə Abbaszadəyə sualınız var?
  18 Fevral 2016    Oxunub:2271
Fevralın 19-da saat 11:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, qəbulda Şamaxı, Qobustan, İsmayıllı, Qəbələ rayonlarının sakinləri, bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (https://azvision.az/redirect.php?url=http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Göyçay regional bölməsinə (ünvan: Göyçay şəhəri, Rauf İsayev küçəsi,43. Tel: (020) 274-66-74 ) müraciət etməlidirlər.

Bundan əlavə, qəbulda iştirak etmək istəyənlər qeydiyyat üçün fevralın 10-dan 18-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) Şamaxı, Qobustan, İsmayıllı və Qəbələ rayon təhsil şöbələrinə müraciət edə bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

AzVision.az


Teqlər:






Xəbər lenti