`Düşmən tərəfinin itkiləri çox olur` - Müdafiə Nazirliyi
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın hərbi rəhbərliyinin silahlı qüvvələrdə baş verən çoxsaylı itkiləri əhalidən gizlətməsi barədə Azərbaycan tərəfi dəfələrlə məlumat verib. Həqiqətdə isə düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur.
`Bu gün də baş verən insidentdə tələfatın sayı çox olduğundan və Ermənistanın hərbi rəhbərliyi ölənlər barədə xəbəri gizlədə bilməyəcəyindən məlumatı açıqlayıb. Çox güman ki, baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumatların da Ermənistan ictimaiyyətindən gizlədilməsi mümkün olmayacaq`.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


