Bakıda beynəlxalq tədbir keçirilir - Fotolar

Bakıda beynəlxalq tədbir keçirilir - Fotolar
  20 Fevral 2016    Oxunub:3058
Bu gün Bakıda Birinci Milli BMT Modeli Konfransına start verilib.
AzVision.az xəbər verir ki, tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Mikayıl Cabbarov, BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Ercan Murat, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, çoxlu sayda gənclər və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov bu konfransın gənclərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, gənclər Azərbaycanın gələcək inkişafı üçün əsas qüvvədir: `Müxtəlif ölkələrin fərqli maraqları və prioritetləri var. Bizim prioritetimiz təhsilli və vətənpərvər gənclər yetişdirməkdir. Gənclər dövlətin mövqeyinin möhkəmləndirilməsinə və həm milli, həm də beynəlxalq səviyyədə ölkənin inkişafına mühüm töhfə verə bilər`.

Nazir vurğulayıb ki, bu konfrans gəncləri yeni fəaliyyətə və yeni nailiyyətlər əldə etməyə həvəsləndirəcək: "Bu təcrübə gəncləır üçün vacib əhəmiyyət kəsb edir. Bu yeni ənənənin Azərbaycanda başlamasına çox şadıq".

Tədbirdə çıxış edən BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Ercan Murat bildirib ki, Azərbaycan gənclər siyasətinə mühüm əhəmiyət verir: "Biz Azərbaycan gənclərinə gələcəyi müzakirə etmək və yeni ideyalar irəli sürmək üçün bir platforma yaradırıq".

Daha sonra çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də tədbirin əhəmiyyətindən danışıb və bu yeni ənənənin Azərbaycanda başladılmasının gənclərin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Nazir Azərbaycanın beynəlxalq təşkilatlardakı, o cümlədən UNESCO-dakı fəaliyyətindən danışıb. Ə.Qarayev bildirib ki, Azərbaycan UNESCO-nun fəaliyyətinə mühüm töhfə verir, o cümlədən mədəni irsimizin qorunması üçün xeyli işlər görüb. Nazir əlavə edib ki, Azərbaycan mədəniyyətlər arası dialoqun inkişafına töhfə verir və ölkəmiz bu istiqamətdə bir çox beynəlxalq tədbirlərə və forumlara ev sahibliyi edir.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu konfransın Azərbaycanda keçirilməsi mühüm vərdişlər əldə etməsinə kpmək edəcək kiŞ bu da gənclərin gələcək inkişafı üçün xeyli faydalı olacaq.

Layihənin əsas məqsədlərindən biri Azərbaycanda BMT Modeli (bundan sonra – MUN) hərəkatının institutlaşdırılması, universitetlərdə MUN klublarının təsis edilməsi və onları birləşdirəcək MUN şəbəkəsinin (Model UN Network) yaradılmasıdır. Qeyd edək ki, konfrans fevralın 23-də yekunlaşacaq.

Xatırladaq ki, 20-23 fevral 2016-cı il tarixində keçiriləcək Birinci Milli BMT Modeli Konfransında (MilliMUN) 20-dən çox universitet, akademiya və məktəbləri təmsil edən 350-dən çox gənc diplomat qismində iştirak edəcək.

Elvin Abdulqədirov
Foto: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti