Bir gündə iki intihar

Bir gündə iki intihar
  20 Fevral 2016    Oxunub:2202
Azərbaycanda bir gündə iki nəfər intihar etmək istəyib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 19-da saat 14 radələrində Yevlax şəhər sakini Nüsrət Əliyev özünü Kür çayına atmağa cəhd göstərib. Yevlax rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb.

Həmin gün Mingəçevir şəhərində şəhər sakini Elvina Mustafayeva intihar məqsədilə özünü Kür çayına atıb. O, vətəndaşlar tərəfindən xilas edilib.

AzVision.az


Teqlər:






Xəbər lenti