`Ollandın bəyanatı yersizdir` - Putinin sözçüsü

`Ollandın bəyanatı yersizdir` - Putinin sözçüsü
  20 Fevral 2016    Oxunub:2649
Rusiya Fransa prezidenti Fransua Ollandın Türkiyə və Rusiya arasında müharibə riski mövcud olduğuna dair bəyanatını yersiz adlandırıb.
AzVision.az-ın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “TASS”-a açıqlamasında bildirib.

Peskov Türkiyə-Suriya sərhədindəki gərginlikdən narahat olduqlarını bildirib.

“Bu məsələ ötən gün keçirilən ölkənin Təhlükəsizlik Şurasının iclasında müzakirə olunub. Türkiyənin Suriyaya qarşı həyata keçirdiyi hücumlar qəbul edilməzdir”.

Qeyd edək ki, Fransa prezidenti “France Inter” radiostansiyasının efirində bəyan edib ki, Türkiyə və Rusiya arasında müharibə riski mövcuddur.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti