Daha bir neftçinin cəsədi tapılıb? - Açıqlama
“Azneft” İstehsalat Birliyidən (İB) AzVision.az-a bildirilib ki, cəsədi tapılan şəxsin itkin düşən neftçi olması variantı istisna deyil.
Qurumdan verilən məlumata görə, cəsəd tanınmaz halda olduğundan onun kimliyini müəyyənləşdirmək üçün tibbi ekspertizadan keçiriləcək.
“Meyiti tapılan şəxsin üzərində hər-hansı geyim olmadığı üçün kimliyi müəyyən edilməyib. Hazırda bununla bağlı ekspertiza aparılır”.
İtkin düşən neftçilərin axtarışına gəlincə, hazırda Dövlət Sərhəd Xidmətinin (DSX) 2 gəmisinin axtarış apardığı bildirilib.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


