Filmər münsiflər heyəti tərəfindən "çəkiliş", "sosial mesaj/süjet xətti" və "kreativ yanaşma" kriteriyaları üzrə qiymətləndirilib. Münsiflərin qiymətəndirilməsindən sonra ən çox səs toplamış “Arzuların ardnca” adlı film qalib elan olunub. Filmin müəllifi Orxan Babayev “Tələbə Oskarı”na layiq görülüb.
ASAN Könüllüsü İbrahim Osmanovun ideya müəllifi olduğu bu layihə “Azərbaycan kinosu 2008-2018-ci illərdə” Dövlət Proqramı çərçivəsində kino sahəsində istedadlı və yaradıcı gənclərin fəaliyyətini stimullaşdırmaq məqsədi ilə həyata keçirilib.
AzVision.az