Prezidentin təklifi qəbul edildi

 Prezidentin təklifi qəbul edildi
  23 Fevral 2016    Oxunub:3616
"Valyuta tənzimi haqqında" Qanunda dəyişikliklər edilməsi barədə" Qanununa Azərbaycan Prezidentinin etirazı parlamentin Plenar iclasında müzakirə olunub.

AzVision.az xəbər verir ki, Prezindetin etirazının əsaslı olduğu və dəyişikliklərin məqsədəuyğun olmaması barədə qərar qəbul edilib.

Qeyd edək ki, sahibkarların və investorların çoxsaylı müraciətləri nəzərə alınaraq, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 19 yanvar tarixli Qanun Azərbaycan Prezidenti tərəfindən imzalanmadan Milli Məclisə geri qaytarılıb.

Xatırladaq ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanuna əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti