Talassemiya Mərkəzində 2576 xəstə müalicə alır

Talassemiya Mərkəzində 2576 xəstə müalicə alır
  24 Fevral 2016    Oxunub:1835
Respublika Talassemiya Mərkəzinin dispanser qeydiyyatda olan 2576 xəstə müvafiq qaydada müalicəsini davam etdirir.
AzVision.az xəbər verir ki, bunu Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, ötən il ərzində Respublika Talassemiya Mərkəzinə 19147 müraciət olub. Bunlardan 1998-i ilkin müraciət edən şəxs olub. Onların 195-i dispanser qeydiyyatına götürülüb.

C.Məmməfov bildirib ki, 2014-cü ilin may ayında respublikamızda ilk dəfə olaraq, allogen-qohum sümük iliyi transplantasiya əməluyyatı uğurla həyata keçirilib. Əməliyyatlarda donor-resipient cütlüyü bacı və qardaş arasından seçilib. 2014-cü ildə 10, 2015-ci ildə 15 əməliyyat həyata keçirilib. Bütün əməliyyatlar dövlət proqramı tərəfindən Səhiyyə Nazirliyi tərəfindən aparılıb.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:






Xəbər lenti