Daha bir yol təmir olunub

Daha bir yol təmir olunub
  24 Fevral 2016    Oxunub:1311
“Azəryolsevis” ASC Bakının Yasamal rayonu Məhəmməd Xiyabani küçəsinin bir hissəsində təmir-tikinti işləri aparıb.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, təmir işlərinin aparıldığı ərazi Həsən bəy Zərdabi və Abbas Mirzə Şərifzadə küçələri arasında yerləşir. Həmin hissənin uzunluğu 320 metr, eni isə 9 metrdir.

Təmir-tikinti işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib. Yenilənmə işləri zamanı küçənin təqribən 3 min kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Səkilər abadlaşdırılıb və asfaltlanıb, zəruri olan yerlərdə səki daşları yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları dəyişdirilib.

M.Xiyabani küçəsində aparılan təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

AzVision.az


Teqlər:  






Xəbər lenti