Vətəndaş cəmiyyəti Xocalını anır

Vətəndaş cəmiyyəti Xocalını anır
  25 Fevral 2016    Oxunub:1880
“Gəncliyin sosial-iqtisadi inkişafına yardım” İctima Birliyi və Bakı Fotoqrafiya Məktəbi Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimi keçirib.
Mərasimə ictimai sektorun fəalları, Bakı Fotoqrafiya Məktəbinin tələbələri toplaşıb. Çıxışçılar ermənilərin 1992-ci ildə törətdiyi faciə ilə bağlı fikirlərini bölüşüb, Azərbaycan torpaqlarını işğaldan azad olunmasının gənclərin rolunu, məsuliyyətini xüsusi vurğulayıblar.

Mərasimdə təşkilatçıların “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirdiyi “Xocalı bugünkü gəncliyin gözü ilə” adlı şeir, hekayə və foto müsabiqənin qalibləri də elan olunub.

Daha sonra XX əsrin ən böyük insanlıq faciələrindən olan Xocalı soyqırımı haqqında mini-tamaşa təqdim edilib.






Teqlər:






Xəbər lenti