YAP-dan Rusiyaya kəskin etiraz

YAP-dan Rusiyaya kəskin etiraz
  25 Fevral 2016    Oxunub:3257
“Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktı bir çox beynəlxalq qurumlar tərəfindən təsdiq edildiyi halda, işğalçı dövlətə silah-sursatın satılması Cənubi Qafqazda sabitliyin pozulması, gərginliyin artması istiqamətində əlavə addımlar deməkdir”.

AzVision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov Rusiyanın Ermənistana silah satmasına münasibət bildirərkən deyib.

Ə.Əhmədovun sözlərinə görə, Rusiyanın Ermənistana silah satması ikili standart, bölgədə sabitliyin pozulmasına cəhddir: “Bəzi hallarda silah-sursat Ermənistana Rusiya tərəfindən çox ucuz qiymətə satılır. Əlbəttə, onların bu barədə həmişə bəhanələri var. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasını bəhanə gətirir.

Bəhanəni həmişə tapmaq olar. Biz bunu pisləyirik. Əgər belə bir hal davam edəcəksə, o zaman Cənubi Qafqazda sabitliyin yenidən bərpası üçün daha böyük səylər göstərilməsinə ehtiyac yaranacaq”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti