`İran bizim yaxın dostumuzdur` - Əli Əhmədov

`İran bizim yaxın dostumuzdur` - Əli Əhmədov
  25 Fevral 2016    Oxunub:2129
“İran və Azərbaycan arasında hər zaman dostluq münasibətləri olub”.
AzVision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov prezident İlham Əliyevin İrana səfərini şərh edərkdən deyib.

Onun sözlərinə görə, iki ölkə münasibətlərinin yüksək səviyyədə olmasının ciddi əsasları var. İran Azərbaycanın böyük dostu və qonşusudur.

“İki ölkə arasında tarixi, etnik, dini əlaqələrimiz dərin köklərə malikdir. Bütün bunlara görə İranla Azərbaycan arasında münasibətlər hər zaman dostluq və qarşılıqlı etimad prinsipləri əsasında qurulub və indi də bu istiqamətdə inkişaf etməkdədir”.

Ə. Əhmədov əlavə edib ki, son vaxtlar İrana qarşı sanksiyaların aradan qaldırılması istiqamətində atılan addımların müsbət nəticələr verməsi bu ölkənin dünyaya inteqrasiyası üçün yeni imkanlar yaradıb və bu da tərəflərin münasibətlərinə müsbət təsir göstərir: “Biz onun tərəfdarıyıq ki, İranla Azərbaycan arasında olan ənənəvi dostluq münasibətləri iqtisadi və ticarət əlaqələrinin daha da möhkəmlənməsinə gətirib çıxarsın. Bu baxımdan da prezident İlham Əliyevin İrana səfəri siyasi, iqtisadi və dostluq mənasında böyük əhəmiyyət kəsb edir. Həm Azərbaycan, həm də İran cəmiyyəti bu səfəri yüksək qiymətləndirir. Bu səfərin də yüksək nəticələrinin olacağına hər birimiz inanırıq”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti