Dərmanların ƏDV-dən azad edilməsi sual altındadır

Dərmanların ƏDV-dən azad edilməsi sual altındadır
  25 Fevral 2016    Oxunub:1736
“Dərmanların əlavə dəyər vergisindən azad edilməsi barədə təkliflər üzərində iş gedir”.
AzVision.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov ƏDV ilə bağlı təklifin üzərində işlənilməli olduğunu deyib: “Baxaq görək, bu nə dərəcədə büdcənin üzərinə yük kimi qoyula biləcək. Ona görə də, bu təklif diqqətdədir, bunun üzərində iş gedir. Əgər dərmanların ƏDV-dən azad edilməsi büdcəyə xüsusi problem yaratmayacaqsa, bunu müsbət həll etmək mümkündür. Amma indidən qəti bir söz demək çətindir. Bunun üzərində işlənilir”.

AzVision.az


Teqlər:  






Xəbər lenti