Xocalı adında adam - Foto

Xocalı adında adam - Foto
  25 Fevral 2016    Oxunub:2614
1992-ci ilin dəhşət dolu 26 fevralında Azərbaycan xalqı, Türk dünyası Xocalı faciəsini yaşayan günü Şəkinin Baş Göynük kəndində İsmayılovlar ailəsində dünyaya bir körpə göz açır.
Bütün ölkə yasa və kədərə qərq olunduğu gün, İsmayılovlar ailəsi bu körpənin sevincini ürək dolusu yaşa bilməyirlər. Xalqın kədəri ilə hüznə bürünmüş ailə, yeni doğulan körpəyə 10 gündən sonra ad qoya bilir. İsmayılovlar ailəsi bu ağır gündə dünyaya gəlmiş oğlan övladına elə həmin faciəni yaşamış, yer üzündən silinmiş Xocalıların xatırəsinə Xocalı adı qoyurlar.

Bununla da İsmayılovlar ailəsi bu millətin faciəsini, ağrısını və acısını ömürlük olaraq öz ailələrinin yaddaşına yazaraq yaşatmağa qərar verirlər.

Qeyd edək ki, İsmayılov Xocalı Müşviq oğlu Veysəloğlu Şirkətlər Qrupunun Şəki lokal ofisində çalışır.



AzVision.az


Teqlər:






Xəbər lenti