İlhamə Quliyevanın nəşi ekspertizaya aparıldı

İlhamə Quliyevanın nəşi ekspertizaya aparıldı
  25 Fevral 2016    Oxunub:7301
Bu gün vəfat edən xalq artisti İlhamə Quliyevanın nəşi Respublika Kliniki Xəstəxanasına aparılıb. Onun meyiti ekspertiza ediləcək.
Mərhumun qohumu, müğənni Əli Mirəliyev AzVision.az-a açıqlamasında bildirib ki, İlhamə Quliyevanın nəşinin ekspertizaya gətirilməsinə səbəb onun keçmiş köməkçisi Mehriban Hüseynova tərəfindən zəhərlənməsi ilə bağlı verdiyi açıqlama olub. Onun sözlərinə görə, ekspertiza İ.Quliyevanın ürək çatışmazlığından, yaxud zəhərlənmədən öldüyünə aydınlıq gətirəcək.

Həmçinin Ə.Mirəliyev qeyd edib ki, Xalq artisti sabah dəfn ediləcək.

O, İlhamə Quliyevanın konkret olaraq harada dəfn ediləcəyi barədə məlumatsız olduğunu deyib.

Ehtimal edilir ki, xalq artisti Fəxri Xiyabanda dəfn ediləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti