`Bu çətinliyin ömrü uzun olmayacaq`

`Bu çətinliyin ömrü uzun olmayacaq`
  25 Fevral 2016    Oxunub:2467
“Əgər imkan və resurslar varsa, lazımı güzəştlər ediləcək.Yox, əgər imkan yoxdursa, onda bütün dünyada devalvaisiya baş verən ölkələrdə hansı addımlar atılıbsa, Azərbaycan da o addımı atacaq”.
AzVision.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov manatın devalvasiyası ilə əlaqədər bank kreditlərinə güzəştlərin tətbiq edilməsi məsələsinə münasibət bildirərkən deyib.

Ə.Əhmədov vurğulayıb ki, bu məsələ ciddi şəkildə araşdırılmalıdır: “Hər hansı bir təklifi səsləndirmək çox asandır, amma bunu həyata keçirmək üçün lazımı resursların axtarılması və tapılması ciddi araşdırmalar tələb edir”.

Baş nazirin müavini bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında yaranmış vəziyyətin çox qısa zamanda aradan qaldırılması üçün ciddi işlər görülür: “Güman edirəm ki, çox yaxın zamanda yaranmış vəziyyətin nizama salınması üçün görülən işlər öz nəticəsini verəcək. Bu çətinliyin ömrü uzun olmayacaq. Ajiotaj yaratmağa, həyata keçirilməsi mümkün olmayan təkliflərin üzərində uzun disskusiya aparmağa ehtiyac yoxdur”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:






Xəbər lenti