Xamenei şeyxlə Azərbaycan dilində danışıb
AzVision.az xəbər verir ki, bu barədə İranın Bakıdakı səfiri Möhsün Pakayin bildirib.
Səfirin sözlərinə görə, görüşdə Allahşükür Paşazadə ilə Xamenei Azərbaycan dilində danışıb, bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
“Səfər çərçivəsində prezident İlham Əliyev Həsən Ruhanini Azərbaycana səfərə dəvət edib. Düşünürəm ki, bu səfər iki ölkə münasibətlərində yeni səhifə açacaq. Yaxın 6 ay ərzində ölkələrimiz arasında böyük hadisələrin şahidi olacağıq”,-deyə səfir bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


