Milli Məclis bu məsələləri müzakirə edəcək

Milli Məclis bu məsələləri müzakirə edəcək
  26 Fevral 2016    Oxunub:2943
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu AzVision.az-a açıqlamasında bildirib ki, parlamentin martın 4-də keçiriləcək plenar iclasının gündəliyinə 18 məsələ daxildir.

İclasda Ombudsmanın 2015-ci il üzrə illik hesabatı təqdim olunacaq. İki məsələ məhkəmələrə hakim təyin edilməsi ilə bağlıdır. Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında, “Poçt ödəniş xidmətləri haqqında”, İnzibati Xətalar Məcəlləsinə, “Dövlət rüsumu haqqında” , “Kitabxana işi haqqında” qanunlara dəyişikliklərin müzakirə olunacaq.

Həmçinin “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti