“Topaz” nazirlikdən alınıb yeni quruma verildi
Dəyişiklik layihəsinə əsasən, "dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı" sözləri "nəzarət maliyyə bazarlarına nəzarət orqanı" sözləri ilə əvəzlənib.
Digər dəyişikliyə görə idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldən olunan haqlar hesabına maliyyələşir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Xatırladaq ki, hazırda idman mərc oyunlarına nəzarəti Gənclər və İdman Nazirliyi həyata keçirirdi.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


