`Pulu bankdan çıxaran kimi oğurlayırlar` - Siyavuş Novruzov
Millət vəkili qeyd edib ki, vətəndaşların əmanətlərini sərbəst şəkildə banklarda yerləşdirməsi üçün geniş işlər görülməlidir:
“Bu, bir tərəfdən vətəndaşların gəlirlərini artırar, həm də bank sisteminə inam yaradar, eyni zamanda bankların digər şəxslərə kredit verməsinə köməklik göstərər. Digər tərəfdən bununla cinayətkarlığın qarşısını almış olarıq. Çünki, son günlər evlərin qarət olunması, pulların oğurlanması halları geniş vüsət alıb. Kimsə eşidəndə ki, filankəs bankda olan pulunu çıxarıb evə gətirib, bu zaman həmin mütəşəkkil cinayətkar dəstələr evlərdə əməliyyat keçirir, pulları oğurlayırlar. Hüquq-mühafizə orqanları bu kimi halların qarşısını ciddi cəhdlə alır. Ümumilikdə iqtisadi blokun inkişafı həm maliyyə sisteminin tənzimlənməsi, həm də bank sisteminin möhkəmlənməsi üçün çox vacibdir".
S. Novruzov eyni zamanda, mərc oyunları ilə bağlı qəbul edilən qərara da münasibət bildirib: “Onsuz da qeyri-rəsmi şəkildə bəzi yerlərdə mərc oyunları həyata keçirilirdi. Bəzi adamlar qrup şəklində pul yığırdı. Amma oradan dövlətə heç bir vergi gəlmir, əksinə ayrı-ayrı şəxslər varlanırdı. Ona görə də "Bədən tərbiyəsi haqqında" qanuna edilən dəyişiklik vasitəsi ilə bu kimi halların qarşısı alınacaq".
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


