Çaylarda suyun səviyyəsi azalıb

Çaylarda suyun səviyyəsi azalıb
  04 Mart 2016    Oxunub:1244
Martın 4-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 190-200, Kiçik Qafqazın çaylarında 200-300, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-60 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 250 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 santimetr artım qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 97 kubmetr olub. Kür çayının aşağı axınında da suyun səviyyəsinin azaldığı müəyyən edilib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 17 santimetr azalıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 438, Şirvanda 307, Salyanda 270, Bankədə 203, Novruzlu məntəqəsində isə 158 santimetrdir.

AzVision.az


Teqlər:






Xəbər lenti