Lisenziyalarla bağlı layihə gündəlikdən çıxarıldı

Lisenziyalarla bağlı layihə gündəlikdən çıxarıldı
  04 Mart 2016    Oxunub:1599
Milli Məclisin bu gün keçirilən plenar iclasında daha bir məsələ gündəlikdən çıxarılıb.
AzVision.az xəbər verir ki. “Lisenziyalar və icazələr haqqında” qanun layihəsinin iclasın gündəliyindən çıxarılıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə lisenziya və icazələrə yenidən baxılması, icazələrin sayının azaldılması ilə əlaqədər olaraq “Lisenziyalar və icazələr haqqında” qanun layihəsinin gündəlikdən çıxarılmasını təklif edib.

Qeyd edək ki, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2015-ci il üzrə illik hesabatı da Milli Məclisin (MM) bugünkü iclasının gündəliyindən çıxarılıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti