Milli Məclisin xərcləri azaldıldı

Milli Məclisin xərcləri azaldıldı
  04 Mart 2016    Oxunub:1418
Cari il üçün Milli Məclis və onun aparatının saxlanması üçün ayrılan vəsaitin həcmi 51 021 manat azaldılır.
AzVision.az xəbər verir ki, bu, "Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında" Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı layihədə öz əksini tapıb.

Dəyişikliklərə əsasən, 2016-cı ildə Milli Məclis və onun aparatının saxlanması üçün 22 mln. 694 min 934 manatın ayrılacaq. Sənəddə 2016-cı ildə ezamiyyə xərclərinin də azaldılması planlaşdırılır.

Qeyd edək ki, 2016-cı il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 22 mln. 745 min manat 955 manat vəsait nəzərdə tutulmuşdu.

Anar Kəlbiyev


Teqlər:  






Xəbər lenti