Yol tikintisinə pul ayrıldı - 2,5 milyon manat

Yol tikintisinə pul ayrıldı - 2,5 milyon manat
  07 Mart 2016    Oxunub:1784
Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Maştağa-Bilgəh avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə isə tikinti işlərini təmin etmək tapşırılıb.

AzVision.az


Teqlər:  






Xəbər lenti