Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq
  07 Mart 2016    Oxunub:1434
Martın 9-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Lökbatan yolayırıcı” və Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Ağsu” və “Kürdəmir” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
SOCAR-dan AzVision.az-a verilən məlumata görə, təmir müddətində Ağsu və Kürdəmir rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Qaradağ rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

AzVision.az


Teqlər:






Xəbər lenti