Bu gün ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanından irəli gələn məsələlərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə və məsuliyyətlə çalışırlar. Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də xaricdə öz işi və fəaliyyəti ilə Azərbaycan xanımlarını yüksək səviyyədə təmsil edir.
Sonra AMEA-nın Gəncə bölməsinin akademik katibi, akademik Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbayca Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov, Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək qadınları əziz bayramları münasibətilə təbrik edib, onlara işlərində və şəxsi həyatlarında uğurlar arzuladılar.
Sonra Gəncənin ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.
Tədbirin rəsmi hissəsindən sonra Göygöl dövlət mahnı və rəqs ansamblının qadınlara həsr olunmuş maraqlı repertuarla çıxışları oldu.
.jpg)
.jpg)
.jpg)
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


