Özəlləşdirilən müəssisələrin siyahısı genişləndirilib

Özəlləşdirilən müəssisələrin siyahısı genişləndirilib
  08 Mart 2016    Oxunub:1964
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Standartlaşdırma və metrologiya müəssisələrinin özəlləşdirilməsi haqqında qərarları Nazirlər Kabinetinin müraciəti əsasında qəbul edəcək.
Müvafiq dəyişiklik "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na bu gün dövlət başçısının sərəncamı ilə edilib.

Ötən ilin oktyabrında Prezident İlham Əliyev "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", qanuna dəyişikliklərin təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, Standartlaşdırma və metrologiya müəssisələrinin özəlləşdirilməsindən qadağa götürülüb.

AzVision.az


Teqlər:






Xəbər lenti