`Həzi Aslanov`da eskalator təmirə dayandırılır

`Həzi Aslanov`da eskalator təmirə dayandırılır
  10 Mart 2016    Oxunub:1947
"Həzi Aslanov" stansiyasının 2-ci vestibülündə yerləşən 1 saylı eskalatora baxış zamanı dartı ulduzcuğunda lüft yarandığı müşahidə edilib. Bu məqsədlə həmin eskalatorun təmirə dayandırılması məqsədəuyğun hesab edilib.
"Bakı Metropoliteni" QSC-dən AzVision.az-a verilən məlumata görə, 11 mart 2016-ci il tarixindən etibarən 1 saylı eskalator təxminən 1 ay təmirdə olacaq. 1 saylı eskalatorun 07 aprel 2016-cı il tarixində sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır.

"Bakı Metropoliteni" QSC narahatlığa görə sərnişinlərdən üzr istəyir.





Teqlər:  






Xəbər lenti