`Əli Kərimli tarixdə satqın kimi qalacaq`
Bu sözləri BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. O, bildirib ki, Nəsrulla Səfərbəyovla Əli Kərimlinin heç bir fərqi yoxdur: “Əli Kərimli öz keçmiş ənənəsinə sadiqdir. Kim onun kimi düşünmürsə, onu tənqdi edirsə, bütün fəaliyyətini həmin adamı təhqir etməyə yönəldir. `Aykaoff`, `Günka`, `Lala Bakinic` və s. saxta profillərlə həmin şəxsə qarşı sosial şəbəkədə hucum təşkil edir. O, hələ də komsomol təfəkküründən əl çəkə bilmir. Özünün yaşı artsa da, dünya görüşü cığal uşaq səviyyəsindədir. Başını belə işlərlə qatır və düşünür ki, guya siyasətlə məşğul olur”.
Teqlər: