79 nəfər dəm qazından zəhərlənib

 79 nəfər dəm qazından zəhərlənib
  11 Mart 2016    Oxunub:1957
“Mart ayının 10 günü ərzində 10 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə Respublika Toksikologiya Mərkəzinə müraciət edib”.
Bu barədə AzVision.az-a Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, cari il ərzində 79 nəfər dəm qazından zəhərlənib: “Onlardan 35 nəfəri yanvar ayında, 34 nəfəri fevralda, 10 nəfər isə mart ayında dəm qazından zəhərlənmə diaqnozu ilə Respublika Toksikologiya Mərkəzinə müraciət edib. Hazırda 2 uşaq Respublika Toksikologiya Mərkəzində dəm qazı zəhərlənməsindən müalicə alır. Onların hər iki valideyni dəm qazından dünyasını dəyişib”.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  






Xəbər lenti