Məktubda sözügedən şəxslər ölkə başçısının ətrafında sıx birləşərək torpaqlarımızı azad etməyə hazır olduqlarını bildiriblər.
İstanbuldan Ferdi Yıldırım: “Hörmətli cənab Prezident İlham Əliyev! Allah Sizin və soydaşlarımızın yardımçısı olsun. Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Azərbaycan ordusunun cəbhədə uğurları bizi çox sevindirir. Mən doğma qardaşlarım azərbaycanlılarla birlikdə cəbhədə düşmənə qarşı döyüşməyə hər an hazıram. Əmin ola bilərsiniz ki, Türkiyədə mənim kimi düşünən milyonlarla soydaşınız var. Allah yardımçınız olsun”.

İlkin Nəcəfzadə
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


