Düşmənin atəşi nəticəsində əhaliyə məxsus 11 baş iribuynuzlu, 103 baş xırdabuynuzlu heyvan, 6 at, 1000 baş toyuq-cücə tələf olub, əkin sahələrinə ziyan vurulub.
Hazırda rayona dəymiş zərərlərin aradan qaldırılması üçün tədbirlər görülür. Artıq rayonun elektrik, qaz təsərrüfatlarına dəyən ziyan aradan qaldırılıb. Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən Xoruzlu arxının 1 kilometr hissəsi, 1 hidrotexniki qurğu bərpa olunub, Qaraağacı kəndi ərazisindəki beton kanalda bərpa işləri görülüb. Subartezian Quyularının İstismarı İdarəsi tərəfindən Yuxarı Qaradağlı, Qaraağacı, Qapanlı, Hüsənli və Qazyan kəndləri ərazisindəki su nasosları təmir olunub. Yararsız hala düşmüş subartezian nasoslarının dəyişdirilməsi üçün Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən rayona 8 subartezian nasosu, 3 fazalı elektrik sayğacı, 1000 paqonometr kabel və 600 kiloqram sarğı naqili göndərilib. Yuxarı Qaradağlı, Qapanlı, Azad Qaraqoyunlu kəndlərindəki yararsız subartezian nasosları təzə nasoslarla əvəzlənib. Telekommunikasiya Qovşağı tərəfindən Qapanlı kəndi ərazisində 805 metr kabel və 10 yararsız hala düşmüş telefon dirəyi dəyişdirilib.
Tezliklə düşmən atəşi nəticəsində ziyan dəymiş fərdi evlərin və ictimai binaların da bərpasına başlanılacaq.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


